Belə nəticəyə gəlirik ki, ad insanoğlunun var olduğu hər yerdə obyektləri və faktları xarakterizə üçün istifadə edilən mucərrəd bir vasitədir. Ad olmasaydı insanlar bir- birini aydın başa düşə bilməzdi. Adların qoyulması danışıq mədəniyyətinin formalaşmasına şərait yaradıb. Əgər adlar olmasaydı keçmişimiz haqqında olan məlumatlar bu günə gəlib çıxmazdı.
O dövürlərdə ad almaq və ad vermək çox məsuliy- yətli iş olub. Ad insanın vəsiqəsi hesab olunurmuş. "İgidin adını eşit, üzünü görmə" məsəli də çox güman ki,buradan yaranıb. Bir sözlə, keçmişdə insana hünərinə görə ad verərdilər. müasir dövrümüzdə isə ad insana lap körpəlikdən doğmaları tərəfindən qoyulur. Tarixi şəxsiyyətlərimizin bu günə qədər yaddaşlarda yaşamasının səbəbi onlara qoyulan adlar olmuşdur. Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Ad bildirən sözləri araşdırmaq bizim ücün çox maraqlı oldu. Araşdırmalar zamanı adların insan həyatında nə qədər böyük əhəmiyyəti olduğunu anladıq. Adların heç biri təsadüf nəticəsində qoyulmayıb.
“Dədə
Qorqud “ filmindən Buğaca ad qoyulması səhnəsini izlədik. Adların təsadüfən qoyulmadığını müşahidə etdik. Buğaca adın verilməsinin səbəbi buğanı məğlub etməsi olmuşdur. Beləliklə adlar qədimdə adamlara öz hünərinə, igidliyinə, hazırcavablığına görə qoyulardı. Ad qoyma mərasimləri bu gün də
davam edir. Müasir dövrümüzdə uşaq anadan olanda ona ad qoyurlar. Hər bir
insanın adı olduğu
kimi, bütün canlı
və cansız varlıqların
da adı var. İnsanlar okeanlara, çaylara, dağlara, hətta göydəki ulduzlara, planetlərə, bir sözlə bütün varlıqlara ad qoymuşlar. Bütün bu adlar toplusu dilimizin lüğət tərkibini təşkil edir. Bildiyimiz, gördüyümüz anladığımız varlıqların adı olmasaydı insanlar bir-biri
ilə ünsiyyət qura bilməzdi, bir-birini başa düşməkdə çətinlik çəkərdi. Varlıqlar bir birindən fərqləndiyi üçün ad bildirən sozlər də fərqlənir. Ad bildirən sözləri bir -birindən fərqləndirmək ücün suallardan istifadə edilir.
Beləliklə insan adları bildirən sözlər kim?, canlı və cansız varlıqların adlarını bildirən sözlər nə? yer adları bildirən sözlər isə hara? sualına cavab verir.
Ağacı əkirik, ona qulluq edirik, illər keçdikcə ağac boy atır. Gəlin dilimizdəki sözləri köklü bir ağaca bənzədək. Ad bildirən sözlərin mahiyyətini açıqlamaq üçün sözlərin mənasına yönəlmiş bir neçə yardımçı suallarla müraciət edək. Sualların köməyi ilə araşdırırıq ki,sözlər səslərdən və hecalardan yaranıb. Lakin söz nə səs, nə də hecadır, onun mənası var. Bəs sözlər nə ifadə edir? Söz ətrafda olan insanları, əşyaları, yerləri, onların əlamətini, sayını, hərəkətini və s. ifadə edir. Sözlər müxtəlifdir. onların bir qismi əlamət, bir qismi say, bir qismi hərəkət, bir qismi isə ad bildirir. Bəs ad bildirən sözləri necə fərqləndirək ? Bunun üçün müxtəlif varlıqlar göstərərək suallar verilir. - Bu nədir? - alma. -Bu kimdir? - həkim. -Bura haradır? - Azərbaycan. Gördüklərimizə ad verərkən suallardan istifadə edirik. Deməli ad bildirən sözlər kim?, nə?, hara? suallarına cavab verir. Hər bir insanın adı olduğu kimi, bizi əhatə edən bütün canlı və cansız varlıqların adı var. Varlıqların ( əşyaların ) adını bildirən sözlərə ad bildirən sözlər və ya isim deyilir. ad bildirən sözlər yalnız gözlə gördüyümüz varlıqların deyil, həm də təsəvvür etdiyimiz anlayışların adını bildirir.
Adlar ümumi və xüsusi ad olmaqla iki yerə bölünür. Xüsusi adlar dünyada tək varlığı ifadə edən adlardı: İnsan adları, şəhər adları, çay adları, dəniz adları,heyvanlara verilən xüsusi adlar və s. Ümumi adlar: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlar: masa, paltar, daş, küçə,düzənlik, şəhər, ........ Məna adları: Əllə tutulmayan gözlə görünməyən varlıqlara verilən adlar: səs, yuxu, sevinc, acı, ağıl, xasiyyət, həsrət, sevgi və s.