понедельник, 16 марта 2015 г.

Adın insan həyatında rolu

          
       Belə  nəticəyə  gəlirik  ki, ad  insanoğlunun   var  olduğu  hər  yerdə  obyektləri  və  faktları  xarakterizə  üçün  istifadə  edilən  mucərrəd  bir  vasitədir. Ad  olmasaydı  insanlar  bir- birini  aydın  başa  düşə  bilməzdi.
        Adların  qoyulması  danışıq  mədəniyyətinin  formalaşmasına  şərait  yaradıb.  Əgər  adlar  olmasaydı   keçmişimiz  haqqında  olan  məlumatlar  bu  günə  gəlib  çıxmazdı.
         O  dövürlərdə  ad  almaq  və  ad  vermək   çox  məsuliy-
yətli   iş  olub.  Ad  insanın   vəsiqəsi  hesab  olunurmuş.       "İgidin  adını  eşit,  üzünü  görmə" məsəli  də  çox  güman  ki,buradan  yaranıb.  Bir  sözlə,  keçmişdə  insana  hünərinə  görə  ad  verərdilər.  müasir  dövrümüzdə  isə  ad  insana  lap  körpəlikdən  doğmaları  tərəfindən  qoyulur.
         Tarixi  şəxsiyyətlərimizin  bu  günə  qədər  yaddaşlarda  yaşamasının  səbəbi  onlara  qoyulan  adlar  olmuşdur.                             Bizdən  sonra  dünyada  qalan  həyatdakı  əməllərimizin      güzgüsü  adımızdır və  heç nəyə görə yox,  məhz  adımıza  görə  də  bizi  yad  edəcəklər.

Комментариев нет:

Отправить комментарий