Ağacı əkirik, ona qulluq edirik, illər keçdikcə ağac boy atır. Gəlin dilimizdəki sözləri köklü bir ağaca bənzədək.
Ad bildirən sözlərin mahiyyətini açıqlamaq üçün sözlərin mənasına yönəlmiş bir neçə yardımçı suallarla müraciət edək. Sualların köməyi ilə araşdırırıq ki,sözlər səslərdən və hecalardan yaranıb.
Lakin söz nə səs, nə də hecadır, onun mənası var. Bəs sözlər nə ifadə edir?
Söz ətrafda olan insanları, əşyaları, yerləri, onların əlamətini, sayını, hərəkətini və s. ifadə edir.
Sözlər müxtəlifdir. onların bir qismi əlamət, bir qismi say,
bir qismi hərəkət, bir qismi isə ad bildirir.
Bəs ad bildirən sözləri necə fərqləndirək ?
Bunun üçün müxtəlif varlıqlar göstərərək suallar verilir.
- Bu nədir? - alma.
-Bu kimdir? - həkim.
-Bura haradır? - Azərbaycan.
Gördüklərimizə ad verərkən suallardan istifadə edirik. Deməli ad bildirən sözlər kim?, nə?, hara? suallarına cavab verir.
Hər bir insanın adı olduğu kimi, bizi əhatə edən bütün canlı və cansız varlıqların adı var.
Varlıqların ( əşyaların ) adını bildirən sözlərə ad bildirən sözlər və ya isim deyilir. ad bildirən sözlər yalnız gözlə gördüyümüz varlıqların deyil, həm də təsəvvür etdiyimiz anlayışların adını bildirir.
Adlar ümumi və xüsusi ad olmaqla iki yerə bölünür.
Xüsusi adlar dünyada tək varlığı ifadə edən adlardı: İnsan adları, şəhər adları, çay adları, dəniz adları,heyvanlara verilən xüsusi adlar və s.
Ümumi adlar: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlar: masa, paltar, daş, küçə,düzənlik, şəhər, ........
Məna adları: Əllə tutulmayan gözlə görünməyən varlıqlara verilən adlar: səs, yuxu, sevinc, acı, ağıl, xasiyyət, həsrət, sevgi və s.

Ot
ОтветитьУдалить