понедельник, 16 марта 2015 г.

Adin mənası.

       Ad bildirən  sözləri araşdırmaq  bizim  ücün  çox maraqlı  oldu.    Araşdırmalar  zamanı    adların  insan  həyatında nə  qədər  böyük əhəmiyyəti  olduğunu  anladıq.         Adların  heç    biri  təsadüf  nəticəsində  qoyulmayıb.

     

     “Dədə  Qorqud “ filmindən  Buğaca  ad  qoyulması  səhnəsini izlədik.  Adların  təsadüfən qoyulmadığını  müşahidə  etdik. Buğaca  adın  verilməsinin  səbəbi  buğanı  məğlub  etməsi olmuşdur.  Beləliklə  adlar  qədimdə  adamlara  öz hünərinə, igidliyinə,   hazırcavablığına   görə  qoyulardı. 
       Ad  qoyma mərasimləri  bu  gün  də  davam  edir. Müasir dövrümüzdə   uşaq  anadan  olanda  ona  ad  qoyurlar.
      Hər  bir  insanın  adı  olduğu  kimi,  bütün  canlı  və  cansız varlıqların  da  adı  var.  
      İnsanlar  okeanlara,  çaylara,  dağlara,  hətta  göydəki ulduzlara, planetlərə,  bir  sözlə  bütün  varlıqlara  ad qoymuşlar. Bütün  bu   adlar  toplusu   dilimizin  lüğət  tərkibini  təşkil  edir.          Bildiyimiz,    gördüyümüz    anladığımız   varlıqların  adı olmasaydı  insanlar  bir-biri  ilə  ünsiyyət  qura  bilməzdi,  bir-birini başa   düşməkdə   çətinlik   çəkərdi.                   
      Varlıqlar   bir birindən fərqləndiyi üçün  ad bildirən sozlər də fərqlənir.  Ad  bildirən  sözləri  bir -birindən  fərqləndirmək  ücün suallardan istifadə edilir.
       Beləliklə insan adları bildirən sözlər kim?, canlı və cansız varlıqların  adlarını bildirən sözlər nə?  yer  adları bildirən sözlər isə hara? sualına cavab verir.





     



1 комментарий:

  1. Snow Peak Titanium | Product Details
    Snow Peak 사이트 추천 Titanium is the ultimate snow blower for the home titanium sheet metal that uses a dynamic heating titanium wood stove and thermal storage. It's a carbon-neutral  Rating: titanium bars 4.2 · ‎20 reviews · ‎$29.00 grade 5 titanium

    ОтветитьУдалить